Bir neçə gundür sosial şəbəkələrdə şəhərin girişində 2032 lövhəsi yazılmış foto paylaşılır. Fotonun Sumqayıtda çəkildiyi iddia olunur.
Məsələylə bağli Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev Bakıvaxtı.az-a fotonun Sumqayıtda çəkilmədiyini bildirib: "İnsanlar bilərəkdən və yaxud bilməyərəkdən bu fotonu paylaşaraq Sumqayıt olduğunu iddia edirlər.
Bir daha bildiririk ki, bu foto Sumqayıta aid deyil və bu məlumat yanlışdır.
Fotoda görünən yol hərəkət nişanlarından da aydın olur ki, bura Azərbaycan deyil".
Səbuhi Elnur














gif-1675243234.gif)

