Gürcüstanda son sutkada daha 3 282 nəfər koronavirusa yoluxub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopcov.ge saytında məlumat verilib.
Qeyd olunub ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 913 738-ə çatıb.
Son 24 saat ərzində ölkədə daha 53 nəfər virusdan ölüb. Ümumilikdə Gürcüstanda COVID-19-dan ölənlərin sayı 13 169-a çatıb.















