• Bakı 27° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Özünü qəsdən koronavirusa yoluxdurdu, öldü

DÜNYA

20 Yanvar 2022 | 01:41 | Müəllif: Qalib İbrahimoğlu

Özünü qəsdən koronavirusa yoluxdurdu, öldü

Çexiyanın məşhur “Asonance” folklor qrupunun solisti, müğənni Hana Horka peyvənd olunmayanlara qarşı tətbiq edilən məhdudiyyətlərdən yaxa qurtarmaq üçün özünü qəsdən koronavirusa yoluxdurub və ölüb.

Bakıvaxtı.az-ın məlumatına görə, APA “The Daily Star”a istinadən xəbər verir ki, müğənninin ölməsi ilə bağlı onun oğlu Yan Rek bildirib.

Rekin sözlərinə görə, o və atası peyvənd olunsa da, COVID-19-a yoluxublar. Oğlu Horkanın da onlardan yoluxduğunu bildirib: “O, bir həftə təcrid olunmalı idi, çünki testin cavabı müsbət olmuşdu. Amma o, hər zaman bizimlə idi”.

Ölümündən bir neçə gün əvvəl Horka sosial şəbəkələrdə sağaldığını, öldüyü gün isə səhhətinin yaxşılaşdığını yazıb. Daha sonra müğənninin kürəyi ağrıyıb. Qadın uzanmağa qərar verib və on dəqiqə sonra boğularaq ölüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026