• Bakı 16° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Saakaşvilinin tərəfdarları mitinq keçirib - VİDEO

DÜNYA

28 Oktyabr 2021 | 09:40

Saakaşvilinin tərəfdarları mitinq keçirib - VİDEO

Gürcüstanın Sameqrelo bölgəsinin Zuqdidi şəhərində böyük mitinq keçirilib.

Bakıvaxtı.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, mitinq ölkənin keçmiş Prezidenti Mixail Saakaşvili tərəfindən təsis edilən “Vahid Milli Hərəkat” tərəfindən təşkil edilib.

Məlumata əsasən, mitinqdə Sameqrelo bölgəsinin müxtəlif hissələrindən gələn iştirakçılar toplaşıb. Onlar “Mişaya azadlıq!” şüarları səsləndiriblər. Bununla yanaşı, mitinq zamanı Saakaşvilinin Sameqrelo sakinlərinə ünvanladığı müraciət də oxunub. 

Bildirilir ki, “Vahid Milli Hərəkat” sözügedən mitinqlə Sameqrelo bölgəsində seçki qabağı kampaniyasını başa vurub.

Qeyd edək ki, oktyabrın 30-u Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci turu keçiriləcək. Seçki zamanı Zuqdidi də daxil olmaqla 20 şəhər və rayona merlər seçiləcək. Seçkilərin birinci turu isə oktyabrın 2-si keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026