• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hacıqabul sakinindən “patı” aşkarlandı

CƏMİYYƏT

24 Iyul 2021 | 09:29

Hacıqabul sakinindən “patı” aşkarlandı

Hacıqabul rayon sakini narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, 27 yaşlı İbrahim Baxşiyev saxlanılaraq polis şöbəsinə gətirilib.

Burada onun üzərinə  keçirilən baxış zamanı narkotik maddə olan “patı” (metamfetamin) aşkar edilərək götürülüb. 

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR