• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

FHN eyvanda köməksiz qalan vətəndaşı xilas etdi

CƏMİYYƏT

22 Avqust 2021 | 16:42 | Müəllif: Subhan Mahmudov

FHN eyvanda köməksiz qalan vətəndaşı xilas etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda bir nəfərin beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin eyvanında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal çağırış ünvana cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş yaşadığı mənzilin eyvanından birinci mərtəbənin artırmasının damına çıxıb və yaş həddinin çoxluğu səbəbindən geri qayıda bilməyib.

Vətəndaş xilasedicilər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026