• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ali məktəb tələbələri kirayə ev tapa biləcəkmi?-AÇIQLAMA

CƏMİYYƏT

21 Sentyabr 2021 | 16:38

Ali məktəb tələbələri kirayə ev tapa biləcəkmi?-AÇIQLAMA

"Ali təhsil müəssisələrində ənənəvi tədrisin başlaması kirayə bazarında qiymətlər bahalaşıb. Ənənəvi olaraq bu qiymət artımı hər ilin sentyabr ayında müşahidə olunur”. 

Bunu Bakıvaxtı.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib. 

Ekspert qeyd edib ki, ali təhsil müəssisələrinin yataqxanalarının məhdud sayda olması  tələbələri kirayə ev tutmağa məcbur edir: “Tələb təklifi üstələdiyi üçün qiymətlər artır. Təkrar mənzil bazarında bir otaqlı evlərin kirayəsi 250 manatdan başlayır. Yeni binalarda isə bu qiymət 400 manatdan başlayır. 
Kirayə evlərinin baha olması nəticəsində tələbələr kurs yoldaşları ilə birlikdə mənzil kirayə edirlər. Mərkəzdə uyğun qiymətə kirayə evləri tapmadığına görə, tələbələr şəhərin mərkəzinə yaxın qəsəbələrə, həyət evlərinə üz tuturlar. Tələbələr hər birinə 100 manat ödəyə biləcək kirayə evləri axtarırlar. Bu da təbiidir.  Çünki bu əlavə yükdür”. 
Ekspert bildirib ki, kirayə bazarında növbəti aylarda qiymətlərin ucuzlaşacağı gözlənilir. 
Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026