• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Baş Prokurorluq “Instagram”da sual-cavab sessiyası keçirdi

CƏMİYYƏT

21 Sentyabr 2021 | 15:37

Baş Prokurorluq “Instagram”da sual-cavab sessiyası keçirdi

Bu gün saat 10:00-dan 13:00-dək Baş Prokurorluğun “Instagram” sosial şəbəkəsindəki səhifəsində növbəti sual-cavab sessiyası keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, vətəndaşlar əvvəlcədən kütləvi informasiya vasitələri və sosial media vasitəsilə məlumatlandırılıb.

İctimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətlər qeydə alınıb.

Sessiya zamanı 56 müraciət daxil olub, müraciətlərin dərhal Baş Prokurorluğun vəzifəli şəxsləri tərəfindən cavablandırılması təmin edilib.

Növbəti sual-cavab sessiyasının tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026