• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hakerlər barmaq izlərini də oğurlayır

CƏMİYYƏT

20 Fevral 2024 | 17:33

Hakerlər barmaq izlərini də oğurlayır

Hakerlər ekrana toxunma səsi ilə barmaq izlərini oğurlamağı öyrəniblər.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə,Quançjou və Uhan universitetlərindən olan bir qrup çinli alim Kolorado Dövlət Universitetindən olan amerikalı həmkarları ilə birlikdə hakerlərə sensor ekrana toxunma səsindən istifadə edərək barmaq izlərini köçürməyə imkan verən boşluq aşkar ediblər.

Hücum ekranda barmaq toxunuşlarının səs xüsusiyyətlərindən istifadə edir.

İşin müəllifləri iddia edirlər ki, onlar 27,9% hallarda qismən barmaq izlərini əldə edə biliblər, 9,3% hallarda isə istifadəçinin barmaq izi məlumatlarını tamamilə bərpa edə biliblər.

Biometrik məlumatların mənbəyi Discord, Skype və FaceTime daxil olmaqla, cihazın mikrofonundan istifadə edən istənilən proqram ola bilər.

Tədqiqatçılar barmaqların ekranda sürüşməsindən qaynaqlanan səs siqnallarını təhlil etmək üçün PrintListener adlı xüsusi alqoritmdən istifadə ediblər.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026