• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Hamiləlik və doğuma görə məzuniyyət artırıla bilər

CƏMİYYƏT

18 Yanvar 2024 | 09:23

Hamiləlik və doğuma görə məzuniyyət artırıla bilər

Hamiləliyə və doğuma görə əmək məzuniyyətinin artırılmasını təklif edirik.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, 126 gün mövcud qanunvericilikdə nəzərdə tutulub: “Təklifimiz bu müddətin 140 günə çatdırılmasıdır. Yəni doğuşdan sonra olan məzuniyyətin də 14 gün artırılmasını təklif etmişik. Həmçinin, patoloji doğuşa, iki və üç uşaq dünyaya gətirmiş qadınların əmək məzuniyyətinin artırılmasına da baxa bilərik”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR