Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərlinin səhhəti pisləşib və o Ədliyyə Nazirliyinin Müalicə müəssisəsinə köçürülüb.
Bakıvaxtı.az-ın məlumatına görə, V. Səfərlinin vəkili Hikmət Əliyev bildirib ki, onun səhhətində bir çox problemlər yaranıb.
"Bir neçə gün əvvəl Bakı Apeıllyasiya Məhkəməsində keçirilən prosesə də o Müalicə Müəssisəsindən gəlmişdi. Vüqar müəllim qan təzyiqi və digər xəstəlikdən əziyyət çəkir. Səhhətində bir çox problem var. Hazırda müalicəsini müalicə müəssisəsində davam etdirir", - deyə vəkil bildirib.
Qeyd edək ki, V.Səfərli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.




jpg-1651262151.webp)










