• Bakı 16° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Həcc ziyarətinə getmə qaydalarına dəyişiklik edildi

GÜNDƏM

15 Iyun 2021 | 10:00

Həcc ziyarətinə getmə qaydalarına dəyişiklik edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi koronavirusa qarşı həyata keçirilən tədbirlər çərçivəsində bu il Həcc ziyarətinin yeni qaydalarını açıqlayıb.

Bakıvaxtı.az məlumat verir ki, yeni qərara görə, Həccə gedən qadınlar ziyarətlərini yanlarında kişi qəyyumu olmadan edə biləcəklər.

Nazirlik Həcc ziyarətinə gələnlərin internetdə qeydiyyatdan keçməsi üçün iki tarix seçib.

İlk qeydiyyat müddəti iyunun 13-dən 23-dək davam edəcək. İkinci qeydiyyat mərhələsi isə iyunun 25-də başlayacaq.

Namizədlərin son beş ildə Həcc ziyarətinə getməməli olduqlarını vurğulayan qurum bildirib ki, ilk dəfə gələnlərə üstünlük veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR