• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Hərbçilərimiz beynəlxalq təlimdə - FOTO

CƏMİYYƏT

26 Yanvar 2023 | 18:38 | Müəllif: Subhan Mahmudov

Hərbçilərimiz beynəlxalq təlimdə - FOTO

Türkiyə Respublikasının Qars şəhərində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının iştirakı ilə keçirilən “Qış təlimi - 2023” beynəlxalq təlimi davam edir.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan ilə yanaşı təlimdə iştirak edən digər 17 ölkənin hərbi qulluqçuları sərt iqlim və çətin relyef şəraitində müxtəlif epizodlar üzrə tapşırıqları yerinə yetirirlər.

Beynəlxalq təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsinə, təcrübə mübadiləsi və peşəkarlığın artırılmasına, şəxsi heyətin silahlanmaya qəbul edilmiş müasir silah və texnikadan effektiv istifadə etmə üzrə bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.

Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları beynəlxalq təlimdə ölkəmizi layiqincə təmsil edirlər.


Hərbçilərimiz beynəlxalq təlimdə - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026