• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hərbi xidmətdə YENİLİK: Yaş həddi dəyişəcəkmi?

DÜNYA

13 Yanvar 2023 | 11:16

Hərbi xidmətdə YENİLİK: Yaş həddi dəyişəcəkmi?

Rusiyada icbari hərbi xidmətdə tətbiq edilən 18-27 yaş aralığı tələbində dəyişiklik edilməsi planlaşdırılır.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadla məlumatına görə, Rusiya parlamentinin müdafiə komitəsinin sədri Andrey Kartapolov açıqlamasında bildirib ki, Rusiya yazda məcburi hərbi xidmət üçün yuxarı yaş həddini 30-a, aşağı yaş həddini isə yalnız 18-dən 21-ə qaldıra bilər.

Rusiyanın hazırkı əsgər sayını 30 faiz artırmaq və Ukraynadakı müharibədə ağır itkilər səbəbindən yaranan böyük insan qüvvəsi çatışmazlığını ödəmək üçün dəyişikliyi edəcəyi düşünülür.

Kartapolov başqa bir açıqlamasında bu dəyişikliyin əsgər sayını artırmaq üçün ediləcəyi ilə bağlı deyilənləri rədd edərək "Bizim əsgər sayımız hər il azalır və bu say artmayacaq" deyib.

Ötən ilin dekabrında Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin məcburi hərbi xidmət üçün hazırkı yaş həddinin 18-27-dən 21-30-a qaldırılması təklifini dəstəkləyib. Rusiya əsgərlərinin sayını 1,15 milyondan 1,5 milyona çatdırmağı planlaşdırır.

Digər tərəfdən, ötən ilin sentyabrında Rusiya Ukraynada davam edən münaqişə səbəbindən İkinci Dünya Müharibəsindən sonra ilk dəfə səfərbərlik elan edib və 300 mindən çox insanı orduya cəlb edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR