• Bakı 13° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Heroin və “patı” satanlar saxlanılıb

HADİSƏ

21 Avqust 2021 | 10:46

Heroin və “patı” satanlar saxlanılıb

Cəlilabadda heroin və “patı”nın dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini H.Əsgərov saxlanılıb.

Keçirilən baxış zamanı onun üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Cəlilabad RPŞ-nin əməkdaşlarının Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları ilə birgə keçirdiyi digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini M.Əhmədov saxlanılıb. Onun üzərində psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026