• Bakı 18° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Hərbi helikopterlər toqquşdu - General həlak olub

HADİSƏ

19 Sentyabr 2021 | 19:01 | Müəllif: Subhan Mahmudov

Hərbi helikopterlər toqquşdu - General həlak olub

Liviya Milli Ordusunun iki helikopteri Tripolidən 1 000 kilometr şərqdəki Benqazidə şəhərinin səmasında qəzaya uğrayıb.

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə feldmarşal Xəlifə Haftar qüvvələrinin komandanlığı məlumat verib. 

"Liviya Hərbi Hava Qüvvələrinin iki helikopteri hərbi təlimlər zamanı Benin təyyarə bazası ərazisində Benqazidən cənub-qərbə toqquşub", - deyə qeyd olunub. Qeyd edilib ki, qəza nəticəsində helikopterlərdən birinin iki pilotu, o cümlədən briqada generalı Buzid əl-Barasi həlak olub.

Qeyd edək ki, ikinci helikopterin ekipajı sağ qalıb.

Hadisənin başvermə şəriti ilə bağlı araşdırmalara başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026