• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Salyanda yol qəzası - xəsarət alanlar var

HADİSƏ

18 Oktyabr 2021 | 21:37 | Müəllif: Subhan Mahmudov

Salyanda yol qəzası - xəsarət alanlar var

Salyan rayonunda yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Beştalı kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili “Muravey”lə toqquşub. Qəza nəticəsində rayonun Beştalı kənd sakinləri, 2003-cü il təvəllüdlü Salmanov Hüseynağa Həsən oğlu və 2004-cü il təvəllüdlü Abdullazadə İlkin Rahib oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026