İspaniyanın La Palma adasında (Kanar adaları qrupu) ardıcıl zəlzələlərdən sonra vulkan püskürməsi başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Adada yerləşən təxminən 40 nəfərlik kiçik qrupun təxliyə edildiyi bildirilib.
Qeyd edilir ki, son dövrlərdə adada seysmik aktivlik hiss olunmaqdadır.
















