• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Heydər Əliyev Mərkəzində keçiriləcək tədbirlər təxirə salındı

CƏMİYYƏT

14 Sentyabr 2022 | 12:23

Heydər Əliyev Mərkəzində keçiriləcək tədbirlər təxirə salındı

Heydər Əliyev Mərkəzində keçiriləcək mədəni-kütləvi tədbirlər təxirə salınıb.

Bakıvaxtı.az xəbər verir ki, sentyabrın 12-də gecə saatlarından etibarən Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri genişmiqyaslı təxribat nəticəsində baş verən döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələri sırasında şəhidlərimizin olması ilə əlaqədar Heydər Əliyev Mərkəzində və Mərkəzin parkında keçirilməsi nəzərdə tutulan mədəni-kütləvi tədbirlər, o cümlədən sentyabrın 17-18-inə planlaşdırılan “Art Festival” təxirə salınıb.  

Allah şəhidlərimizə rəhmət eləsin! 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026