• Bakı 22° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Ticarət obyektindəki yanğında neçə nəfər xəsarət alıb?

CƏMİYYƏT

14 Oktyabr 2022 | 11:15

Ticarət obyektindəki yanğında neçə nəfər xəsarət alıb?

Bakının Nərimanov rayonu ərazisində ikimərtəbəli obyektdə yanğın olması barədə FHN-in məlumat mərkəzinə 09:46-da məlumat daxil olub. Dərhal FHN-in Nərimanov və Binəqədi rayon yanğından mühafizə xidməti qüvvələri hadisə yerinə cəlb olunub. FHN-in qüvvələri 4 dəqiqəyə hadisə yerinə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Əkbər Novruzov deyib.

Rəis müavini qeyd edib ki, hadisə yerinə FHN-in 16 texnikası və 80 nəfərə yaxın şəxsi heyəti cəlb olunub: "Yanğın 18 dəqiqəyə söndürülüb. İki mərtəbəli obyektin birinci mərtəbəsi quru meyvələr satışı bazası, ikinci mərtəbəsi isə restoran kimi fəaliyyət göstərib. Restoran hissəsi təxminən 240 kvadratmetr sahədə yanıb. Obyektin birinci mərtəbəsi və qonşu obyektlər yanğından mühafizə olunub. Oradakı mallar xilasedicilər tərəfindən təhlükəsizlik yerə təxliyə olunub. Yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub".

Əkbər Novruzov onu da qeyd edib ki, hadisə zamanı xəsarət alan olmayıb: "Yanğının səbəbləri araşdırılır". /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026