• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Heyvanlar üzərində edilən testlərə qadağa qoyulur

CƏMİYYƏT

27 Avqust 2021 | 12:31

Heyvanlar üzərində edilən testlərə qadağa qoyulur

Meksikadan nümunə addım! Heyvanlar üzərində kosmetik sınaqlar aparmaq qadağan edilir.

Bakıvaxtı.az xəbər verir ki, Meksikada heyvanlar üzərində kosmetik testlərin aparılmasını qadağan edən Ümumi Sağlamlıq Qanunu Senatın İkinci Qanunvericilik Araşdırmaları Komitəsi və Birgə Sağlamlıq Komissiyaları tərəfindən yekdilliklə qəbul edilib.

Meksika Prezidenti Andres Manuel Lopez Obradorun da partiyası olan Morena'nın (Milli Yeniləmə Hərəkatı) senat koordinatoru Ricardo Monreal, qanun layihəsinin sentyabrın 1 -dən sonra gündəmə gətiriləcəyini və senat iclaslarında təsdiqlənməyini gözlədiyini bildirdi.

Senat komitələri tərəfindən qəbul edilən Ümumi Sağlamlıq Qanununda heç bir kosmetik tərkib hissəsi, hazır kosmetik məhsullar və onların tərkib hissəsi və ya bu maddələrin qarışıqlarının kosmetik tədqiqat məqsədləri üçün heyvanlar üzərində sınaqdan keçirilə bilməyəcəyi açıq şəkildə ifadə edilib. Bundan əlavə, qanun layihəsi ilə heyvanlar və ya onların birləşmələri üzərində sınaqdan keçirilmiş hər hansı bir tərkib hissəsi olan hər hansı bir kosmetik məhsulun istehsalı, satışı və ya ölkəyə gətirilməsi qadağan ediləcək.

Qanun layihəsi ilə istehlakçıların məlumat əldə etmək hüququnun olması səbəbindən satışa çıxarılan kosmetik məhsulların istehsalında heç bir heyvan testinin aparılmadığını göstərən etiketlərin olması məcburidir.

Qanun layihəsi çərçivəsində, heyvanlar üzərində kosmetik testlər aparan və bu testlərin hazırlanmasında iştirak edənlər və bu adamları işə götürən, idarə edən və icazə verən şəxslər 2 ildən 7 ilə qədər həbs cəzası alacaq və və o günün cəza vahidinin 200-2000 misli miqdarında cərimə ilə cəzalandırılacaq.

Qanun layihəsi ilə, kosmetik məhsulların heyvanlar üzərində təhlükəsizliyi və effektivliyini yoxlamaq üçün alternativ üsullar hazırlamaq üçün istehsalçılara qanunun qüvvəyə mindiyi tarixdən etibarən iki il müddət veriləcək.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026