• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda avtobusların hərəkət sxemi dəyişdirilir

CƏMİYYƏT

25 Sentyabr 2021 | 20:50 | Müəllif: Subhan Mahmudov

Bakıda avtobusların hərəkət sxemi dəyişdirilir

27 sentyabr Anım günü keçiriləcək tədbirlərlə əlaqədar təhlükəsizliyi təmin etmək məqsədilə “Azneft” dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva küçələri, Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin, İstiqlaliyyət küçələri istiqamətində Ağ Şəhər olmaqla, bütün növ nəqliyyat vasitələri hərəkəti məhdudlaşdırıldığından bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də müvəqqəti olaraq dəyişdiriləcək.

Bu barədə Bakıvaxtı.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Belə ki, sentyabrın 27-də saat 06:30-dan anım tədbirləri tam başa çatanadək 1, 2, 3, 4, 5, 6, 10, 18, 21, 30, 31, 32, 37, 39, 46, 49, 53, 65, 77, 88, 125, 127, 175, 205 və M3 nömrəli marşrutlar üzrə avtobusların hərəkəti digər avtomobillərin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026