• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

AQTA-dan qida əlavəsi satan sahibkarlara XƏBƏRDARLIQ

CƏMİYYƏT

25 Oktyabr 2021 | 16:29

AQTA-dan qida əlavəsi satan sahibkarlara XƏBƏRDARLIQ

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bioloji fəallığa malik qida əlavələri ilə bağlı məlumat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatda qida əlavələrinin orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə həkim tərəfindən tövsiyə oluna biləcəyini vurğulanıb.

Qeyd olunub ki, xəstəliklərin qarşısının alınması və ya müalicəsi üçün təyin olunan dərman vasitələrini əvəz etmir.

- Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatında "Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz" ifadəsi mütləq qeyd edilməlidir.

- Qida əlavələrinin istifadə təlimatında xəstəliklərin adı, onların qarşısının alınması və müalicəsi məqsədilə istifadə edilməsi və ya bu cür təəssürat yaradan ifadələr olmamalıdır.

- Bioloji fəallığa malik qida əlavələrinin ölkəyə idxalı və satışı qanunvericiliyin tələblərinə uyğun təmin edilməlidir.

- Uşaqlar üçün nəzərdə tutulmayan qida əlavələrinin qablaşdırılmasında körpə uşaq şəkilləri əks olunmalıdır.

- Bu sahədə fəaliyyət göstərən sahibkarlar qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməlidir. İstehlakçılar isə bu məhsulları alarkən qablaşma üzərindəki və ya içlik vərəqəsində qeyd olunan istifadə təlimatını diqqətlə oxumalıdır.


AQTA-dan qida əlavəsi satan sahibkarlara XƏBƏRDARLIQAQTA-dan qida əlavəsi satan sahibkarlara XƏBƏRDARLIQAQTA-dan qida əlavəsi satan sahibkarlara XƏBƏRDARLIQAQTA-dan qida əlavəsi satan sahibkarlara XƏBƏRDARLIQAQTA-dan qida əlavəsi satan sahibkarlara XƏBƏRDARLIQAQTA-dan qida əlavəsi satan sahibkarlara XƏBƏRDARLIQAQTA-dan qida əlavəsi satan sahibkarlara XƏBƏRDARLIQ
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR