• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Bu məsələlər kiminsə marağına görə həll olunmamalıdır!" - AÇIQLAMA

CƏMİYYƏT

25 Oktyabr 2021 | 16:32

"Bu məsələlər kiminsə marağına görə həll olunmamalıdır!" - AÇIQLAMA

Azərbaycanda ən aktual problemlərdən biri də keçidlərdə əlilliyi olan şəxslər üçün şəraitin olmamasıdır. Belə ki, bəzi keçidlərdə əlil arabaları üçün avadanlıqlar olsa da, işlək vəziyyətdə deyil. Bir çox yerdə isə ümumiyyətlə şərait yoxdur. Nəticədə, əlliliyi olan şəxslər kimdənsə kömək almaq məcburiyyətində qalır. Köməksiz, sərbəst şəkildə həmin keçidlərdən keçmək mümkünsüzdür.

Bəs buna səbəb nədir?

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Bakıvaxtı.az-a danışıb:

"Şəhərsalma qaydaları, hərəkət iştirakçılarının təhlükəsizliyi gündəmə gələndə, təbii ki, belə vacib məsələlər də diqqətdən kənarda qalmamalıdır. Amma, təəssüflər olsun ki, Azərbaycanda yol hərəkəti təhlükəsizliyi ilə bağlı məsələlər bir neçə qurumun əlində olub, o qurumdan bu quruma keçib. Hər qurum da özünə uyğun bir qayda-qanun tədbiq edir. Nəticədə də bu cür acınacaqlı vəziyyət yaranır. Bu baxımdan, düşünürəm ki, bu məsələ ilə bağlı nə vaxtsa vahid idarəetmə sistemi yaransa, o zaman bu məsələlər də həllini tapacaq. Bu gün əlillər üçün keçidlərdən istifadə çox məhdud və ağırdır. Başqalarının köməyi olmadan ordan keçmək çox çətin, hətta mümkünsüzdür. Şərait olan keçidlərdə də avadanlıqlar işləmir. Bəzən o keçidlərdən istifadə etmək üçün mühavizəçini tapmaq, zəng edib İcra Hakimiyyətindən icazə almaq lazım gəlir. Bir keçiddən keçmək üçün bi cür uzun prosesdən istifadə etmək lazım gəlir. Bu da çox acınacaqladır. İnfrastruktur yaradılıbsa, işlək vəziyyətdə olmalıdır. Səkilərlə bağlı vəziyyətimiz də heç ürəkaçan deyil. Səkiləri o vaxt Cavid Qurbanov hündürləşdirdi, biri gəldi balacalaşdırdı, biri gəldi sökdü, biri gəldi üstünə “tumba” yapışdırdı. Bu məsələlər kiminsə marağı çərçivəsində həll olunmamalıdır. Bu cür yanaşdıqda, əlbəttə, yol təsərrufatı bərbat vəziyyətə düşür. Bu gün Azərbaycanda nə yol, nə səki, nə də keçidlər standartlara uyğun deyil. Ona görə də, bu cür problemlər yaşanır".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026