“Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzi orta məktəblərdə, ali təhsil müəssisələrində şagirdlər tələbələr arasında maarifləndirmə aksiyaları aparır. Metrolarda bu haqda videoçarxlar nümayiş olunur”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” səhifəsindəki canlı yayımda IIV/QİÇS haqqında danışarkən deyib.
Onun sözlərinə görə, heç kim İİV-ə yoluxmaqdan sığortalanmayıb:
“İIV-ə yoluxmamaq üçün qorunmamış cinsi əlaqlərdən çəkinmək, zərərli vərdişlərdən çəkinmək lazımdır. Gənclər bu infeksiyaya yoluxmamaq üçün vaxtında tədbir görməlidir”.
Günəş Mərd
















