Bu gün avtomobillə yol qəzasına düşən Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs xəstəxanaya yerləşdirilib.
Bakıvaxtı.az “İhlas”a istinadən xəbər verir ki, o, hadisə yerinə cəlb olunan xilasedicilərin köməkliyi ilə yararsız hala düşən avtomobildən çıxarılıb.
Tatlısəs digər 4 yaralı ilə birlikdə xəstəxanaya yerləşdirilib.
***
12:45
Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs yol qəzasına düşüb.
Bakıvaxtı.az-ın İHA-ya istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Belə ki, içərisində İbrahim Tatlısəsin olduğu avtomobil yük maşını ilə toqquşub. Bodrum-Yalıkavak yolunda baş verən qəza nəticəsində avtomobillərin hər ikisi yoldan çıxaraq aşıb. Qəza nəticəsində İbrahim Tatlısəsin yaralandığı deyilir.
Müğənninin xilas edilməsi üçün bölgəyə çox sayda qrup təhkim olunub.
İbrahim Tatlısəsin yanında qızının olduğu da deyilir.
Aytac Aslan


















