"Milan"ın hücumçusu Zlatan İbrahimoviçin zədəsi gözləniləndən ciddidir.
Bakıvaxtı.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, isveçli futbolçu İtaliya kubokunda “Latsio”ya qarşı oynamayacaq və böyük ehtimalla A Seriyasında “Sampdoriya” ilə də oyunu buraxacaq.
Zlatan fərdi məşqlərə davam etdiyi bildirilib.
Qeyd edək ki, 40 yaşlı oyunçu "Yuventus"la görüşdə zədələnib.(qol.az)
















