• Bakı 19° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib - YENİLƏNİB

SİYASƏT

24 Iyun 2022 | 11:46

İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də BP qrupunun baş icraçı direktoru Bernard Lunini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə BP şirkətinin SOCAR ilə uzun illər uğurlu əməkdaşlıq həyata keçirdiyi vurğulanıb. Şirkətin bundan sonra da ölkəmizdə fəaliyyət göstərmək niyyəti ifadə olunub.

BP-nin Azərbaycanda yaşıl enerji növlərinə keçidlə bağlı verdiyi töhfə qeyd edilib. Şirkət tərəfindən Cəbrayılda inşa ediləcək 240 meqavatlıq günəş elektrik stansiyasının əhəmiyyətinə toxunulub, bununla bağlı iyunun 4-də Şuşada BP ilə imzalanmış sənədin önəmi vurğulanıb.

Söhbət zamanı gələcək planlar barədə fikir mübadiləsi aparılıb.

*** 11:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də BP qrupunun baş icraçı direktoru Bernard Lunini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR