• Bakı 21° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

İlon Mask sorğu keçirdi - Ukraynadan cavab gəldi: "Rədd ol"

DÜNYA

04 Oktyabr 2022 | 12:08 | Müəllif: Qalib İbrahimoğlu

İlon Mask sorğu keçirdi - Ukraynadan cavab gəldi: "Rədd ol"

Dünyanın ən zəngin adamı İlon Mask öz "Twitter" hesabında Ukraynanın Rusiya tərəfindən ilhaq edilmiş bölgələri ilə bağlı sorğu keçirib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, "Gəlin, bunu sınayaq: Donbas və Krımda yaşayan insanların iradəsi onların Rusiyanın, yoxsa Ukraynanın bir hissəsi olduğuna qərar verməlidir” sualın ünvanlayan Maska Ukraynadan cavab gecikməyib. Ukrayna prezidenti Volodimir Zelenski sosial media hesabından istifadəçilərə "Hansı İlon Maskı daha çox bəyənirsiniz: Ukraynanı dəstəkləyən, yoxsa Rusiyanı dəstəkləyən?"

Ukraynanın Almaniyadakı səfiri Andriy Melnik də İlon Maskın açıqlamalarına sərt reaksiya verib: “Rədd ol, İlon Mask, mən sizə diplomatik cavab verirəm”. 

Reaksiyalara əhəmiyyət vermədiyini yazan Mask bildirib ki, Rusiyanın Ukraynadan 3 dəfə çox əhalisi var, ona görə də Ukraynanın tam qələbə qazanacağı ehtimalı azdır: "Mən milyonlarla insanın ölməsi ehtimalı ilə maraqlanıram. Əgər Ukraynada insanlarla maraqlanırsınızsa, sülh axtarın. SpaceX Starlink-i işə salmaq və dəstəkləmək üçün indiyədək Ukraynada təxminən 80 milyon dollar xərcləyib. Rusiyaya dəstəyimiz 0 dollardır. Açığı, biz ukraynapərəstik”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR