• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“İndi bunu tələb etmək çətin olacaq” - Tramp

DÜNYA

21 Iyun 2025 | 00:21 | Müəllif: Subhan Mahmudov

“İndi bunu tələb etmək çətin olacaq” - Tramp

“Münaqişəni diplomatik yolla həll etməyə çalışsaq da, indi İsraildən İrana hava hücumlarını dayandırmasını tələb etmək mənim üçün çətin olacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-Cersidə jurnalistlərə açıqlamasında deyib

“Düşünürəm ki, bu tələbi indi etmək çox çətindir. Çünki İsrail müharibə baxımından yaxşı gedir.

Amma biz hazırıq, istəkliyik və bacarırıq. İranla danışmışıq və nə baş verəcəyini görəcəyik”.

Tramp, həmçinin Avropanın İranla diplomatik əlaqə qurmaq səylərini rədd edərək, onların münaqişəni sona çatdırmaq səylərinə kömək etmədiyini deyib:

“Onlar kömək etmədilər. İran Avropa ilə danışmaq istəmir. Onlar bizimlə danışmaq istəyirlər. Avropa bu məsələdə kömək edə bilməyəcək”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026