• Bakı 32° C

    3.68 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Britaniya "görünməz" təyyarə ilə Rusiyanı vuracaq

DÜNYA

21 Iyul 2025 | 00:12

Britaniya görünməz təyyarə ilə Rusiyanı vuracaq

Böyük Britaniya NATO ərazisindən birbaşa Rusiyaya zərbə endirə biləcək “görünməz” qırıcı hazırlayır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Telegraf" nəşri yazıb.

Nəşrin məlumatına görə, Britaniyanın altıncı nəsil “Tempest” qırıcısı hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanmadan, yanacaq doldurmadan və tam döyüş sursatı ilə Rusiyanın dərinliklərinə zərbə endirə biləcək.

Qırıcı Britaniya, Yaponiya və İtaliyanın birgə layihəsi əsasında hazırlanır. Onun gövdəsində artırılmış yanacaq çənləri, silah sistemi və avadanlıqlar yerləşdiriləcək ki, bu da təyyarəyə uzaqmənzilli döyüş əməliyyatları aparmağa imkan verəcək.

Hərbi analitik Frensis Tusun sözlərinə görə, əgər NATO ilə Rusiya arasında müharibə başlasa, “Tempest” Britaniya bazasından havaya qalxaraq elə ilk həftədə Rusiyanın raketdən müdafiə sistemlərinə, hava hücumundan müdafiə obyektlərinə və aerodromlarına zərbə endirə bilər./Musavat.com


SON XƏBƏRLƏR

20 Iyul 2025
19 Iyul 2025