İndoneziyanın Sumatra adasında leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 604-ə çatıb.
Bakıvaxtı.az-ın məlumatına görə, hələ də təxminən 500 nəfər itkin düşüb və onların axtarış-xilasetmə işləri davam etdirilir.
Şimali Sumatrada əsas nəqliyyat marşrutları bağlanıb. Bəzi kəndlər isə Starlink terminalları vasitəsilə əlaqəni təmin edir.
İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyi bölgədə əlverişsiz hava şəraitinin bir neçə gün davam edəcəyi barədə xəbərdarlıq edib.
Əli Hüseynov
Bakı 


