• Bakı 23° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"İnflyasiya hər ay aşağı düşür" - Ərdoğan

DÜNYA

04 May 2023 | 14:28

"İnflyasiya hər ay aşağı düşür" - Ərdoğan

“Türkiyədə inflyasiya hər ay daha da düşür. Çalışacağıq ki, belə da davam etsin”.

Bakıvaxtı.az xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Giresunda çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyənin bütün problemlərini hazırkı iqtidar həll edib: “Ankaranın beynəlxalq siyasi sistemdəki rolunu da biz gücləndirdik. ABŞ-da 32 mərtəbəlik türk evi inşa etdik. Orada buna oxşar başqa tikili yoxdur”.

R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə iqtidarı bundan sonra da mövcud çətinliklərin öhdəsindən gəlməyə qadirdir: “Yetər ki, bir və həmrəy olaq. Biz ölkəmizə daha parlaq gələcək miras qoymaq istəyirik. 85 milyon vətəndaşın hər birinin bu mübarizədə rolu var”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026