• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

İnvestisiya sahəsində hesabatların tərtib və təqdim olunma qaydası təsdiqləndi

İQTİSADİYYAT

20 Fevral 2024 | 09:38

İnvestisiya sahəsində hesabatların tərtib və təqdim olunma qaydası təsdiqləndi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “İnvestisiya şirkətlərinin və investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların hesabatlarının tərtib və təqdim olunma Qaydası”nı təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, investisiya şirkətləri AMB-yə kapital tələblərinə dair, müştəri aktivlərinə dair, göstərilən investisiya xidmətlərinə (əməliyyatlara) dair hesabatlar, o cümlədən öz fəaliyyəti ilə bağlı müştəri sifarişləri haqqında, investisiya qiymətli kağızları ilə bağlanmış əqdlər haqqında, törəmə maliyyə alətləri ilə bağlanmış əqdlər haqqında Kapital tələblərinə dair, ticarət kitabına dair, kapital adekvatlığına dair, kredit riskinə dair, bazar riski: xarici valyuta riskinə dair, əməliyyat riskinə dair və konsentrasiya riskinə dair hesabat təqdim etməlidir. Bu hesabatlar aylıq əsasda növbəti ayın ilk 7 iş günü müddətində təqdim edilməlidir.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.


SON XƏBƏRLƏR

26 Iyul 2024