• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"İran Azərbaycana qarşı hibrud müharibəsi elan edib” - Fəzail Ağamalı

SİYASƏT

04 Aprel 2023 | 12:08 | Müəllif: Qalib İbrahimoğlu

"İran Azərbaycana qarşı hibrud müharibəsi elan edib” - Fəzail Ağamalı

“Azərbaycan üçün ən böyük təhlükə İrandan gəlir. İran Azərbaycana qarşı hibrud müharibəsi elan edib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasında deputat Fəzail Ağamalı bildirib.

Onun sözlərinə görə, İran unutmamalıdır ki, müstəmləkəyə və ərazi bütövlüyünə qarşı mübarizədə ölkəmiz Ermənistanla yanaşı onun havadarlarına qarşı da qalib gəlib.

"İran ölkəmizə qarşı ləyaqətsiz və şərəfsiz mübarizəsini ortaya qoyur. Həmkarımız Fazil Mustafa atılan güllələr hər birimizə qarşı atılan güllədir. Niyə deputatlarımızın həbi biri İrana qarşı etirazını bildirmir? Əgər etiraz etməsək, üstümüzə gələcəklər. Hər birimiz İranda molla rejiminə, Ermənistana və Fransaya qarşı birləşməliyik”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026