• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

İran prezidentindən müsəlman ölkələrinə ÇAĞIRIŞ

DÜNYA

12 Dekabr 2024 | 12:53

İran prezidentindən müsəlman ölkələrinə ÇAĞIRIŞ

"Müsəlman xalqlar İslam dünyasının gücünü sözdə deyil, əməli olaraq göstərməlidirlər".

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu Tehranda Türkiyənin ticarət naziri Ömər Bolatla görüşü zamanı İran prezidenti Məsud Pezeşkian deyib.

O, müsəlman ölkələrinin öz imkanlarını bölüşməsinin və problemlərini qardaşcasına həll etməsinin vacibliyini vurğulayıb.

"Əgər İslam ölkələri ticarət bazarlarından tutmuş nəqliyyat yollarına və digər potensiallara qədər öz imkanlarını bölüşsələr, şübhəsiz ki, bu, bütün İslam dünyasına fayda verəcək və onları gücləndirəcək. Bu halda sionist rejim və digər güclər müsəlmanların işlərinə qarışmağa cəsarət etməyəcəklər", - deyə İran prezidenti qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 Aprel 2025