İranda 22 yaşlı Mahsa Eminin "hicab qaydalarına əməl etmədiyi"nə görə öldürülməsinə etiraz olaraq başlayan nümayişlər davam edir.
Bakıvaxtı.az-ın məlumatına görə, aksiyalar paytaxt Tehrana çatıb. Etirazlar pəncərələrdən hökumət əleyhinə şüarlar səsləndiriblər.
Məşhəddə keçirilən nümayişdə etirazçılar polis avtomobilini aşırıblar. Senendec şəhərində nümayişçilər hökumət əleyhinə şüarlar səsləndirərkən, sürücülər avtomobillərdən siqnal verməklə onlarla həmrəy olublar.
Şirazda isə universitet tələbələri nümayiş keçiriblər.
Nuranə Daxilqızı
















