• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukrayna İrandan tələb etdi: Dayandır!

DÜNYA

29 Oktyabr 2022 | 00:13 | Müəllif: Subhan Mahmudov

Ukrayna İrandan tələb etdi: Dayandır!

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

Bakıvaxtı.az axar.az-a istinadən bildirir ki, bu barədə D.Kuleba Tvitterdə məlumat yayıb.

"Bu gün mənə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian zəng etdi və bu zaman mən İrandan Ukraynada mülki əhalinin öldürülməsi və kritik infrastrukturun məhv edilməsi üçün istifadə olunan silahların Rusiyaya axınını dərhal dayandırmasını tələb etdim", - deyə Kuleba bildirib.

Nazir İran tərəfinin bu tələbə reaksiyasının necə olduğunu açıqlamayıb. İran rəsmiləri hələlik danışıqların nəticəsi barədə məlumat verməyiblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026