• Bakı C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.8488

    RUB - 0.0244

"Türkiyənin sərhədlərinin təhlükəsizliyinə heç kim mane ola bilməz" - Ərdoğan

DÜNYA

27 Noyabr 2022 | 21:10

Türkiyənin sərhədlərinin təhlükəsizliyinə heç kim mane ola bilməz - Ərdoğan

"Türkiyənin sərhədlərinin təhlükəsizliyinə heç kim mane ola bilməz". 

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə liderinin vurğuladığı kimi, Türkiyə silahlı qüvvələrinin Şimali İraq və Suriyadakı əməliyyatlarının nəticəsi uğurlu olacaq.

“Türkiyənin öz təhlükəsizliyini, sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün bütün mümkün tədbirləri görmək hüququ var. Bu hüququ həyata keçirməyimizə heç kim mane ola bilməz”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, noyabrın 20-də Türkiyə Müdafiə Nazirliyi “Pəncə-Qılınc” əməliyyatını elan edib. Ankara noyabrın 13-də İstanbulun mərkəzində baş verən terror aktında Suriyadakı Kürdüstan Fəhlə Partiyasının əli olduğuna inanır.

Türkiyə silahlı qüvvələri bir gün əməliyyatda Suriyada sığınacaq və sursat anbarları da daxil olmaqla 89 hədəfi məhv edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Ankara Rusiyanın 2019-cu il Soçi razılaşmasına uyğun olaraq kürd birləşmələrini respublika sərhədindən çıxarmaq vədlərini yerinə yetirməkdən “imtina etməsi” ilə əlaqədar Suriya və İraqda hava əməliyyatına başlayıb .


SON XƏBƏRLƏR