• Bakı 20° C

    2.78 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Tokayev Rusiyadadır

DÜNYA

27 Noyabr 2022 | 22:23 | Müəllif: Subhan Mahmudov

Tokayev Rusiyadadır

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyaya səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, Tokayev rəsmi səfəri çərçivəsində sabah Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.

Tokayev üçün bu, dövlət başçısı vəzifəsinə yenidən seçildikdən sonra ilk xarici səfərdir.

Xatırladaq ki, noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Tokayev 69,44 faiz seçici fəallığının olduğu seçkilərdə 81,31 faiz səslə qalib gəlib. Noyabrın 26-da Qazaxıstan liderinin andiçmə mərasimi olub.(apa)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026