• Bakı 17° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Şəhərə gələn bəbir 15 nəfəri yaraladı - VİDEO

DÜNYA

27 Dekabr 2022 | 20:00 | Müəllif: Subhan Mahmudov

Şəhərə gələn bəbir 15 nəfəri yaraladı - VİDEO

Hindistanda Assam ştatının Corhat şəhərinə daxil olan bəbir insanlara hücum edib.

Bakıvaxtı.az bildirir ki, bu barədə Times Now xəbər verib.

Vəhşi heyvan insanların və maşınların üstünə qaçıb. "Prudent Media Goa" tərəfindən yayımlanan videoda bəbirin evlərdən birinin hasarından tullanaraq yol boyu hərəkət edən mikroavtobusa hücum anı çəkilib. Yırtıcı avtomobilin arxa güzgüsünü sındıra bilib.

Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, bəbir ən azı 15 sakini, o cümlədən onu tutmağa çalışan Meşə Təsərrüfatı İdarəsinin üç əməkdaşını yaralayıb. "The Times of India" yazıb ki, qurbanlar arasında uşaqlar da var.(milli.az)

İdarənin əməkdaşları bəbiri tuta biliblər. Zərəçəkənlərin həyatı üçün təhlükə yoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR