• Bakı 16° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Britaniya Ukraynaya yüksək dəqiqlikli “Brimstone 2” raketləri verib

DÜNYA

27 Noyabr 2022 | 20:26

Britaniya Ukraynaya yüksək dəqiqlikli “Brimstone 2” raketləri verib

Böyük Britaniya Ukraynaya təkmilləşdirilmiş yüksək dəqiqlikli “Brimstone 2” raketləri verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi tviter səhifəsində məlumat yayıb.

Bildirilib ki, raketlər Britaniyanın Ukrayna ordusuna yardım paketi çərçivəsində təqdim edilib və yüksək dəqiqliklə idarə olunması ilə seçilir.

“Bu yardım Rusiyanın irəliləyişinin qarşısını almaqda həlledici rol oynayıb”, - bəyanatda deyilir.

2016-cı ildə Kral Hərbi Hava Qüvvələrinin xidmətinə daxil olmuş bir “Brimstone 2” raketinin dəyəri təxminən 175 min funt sterlinq (207 min ABŞ dolları) qiymətləndirilir. Təyyarədən buraxılan raketin uçuş məsafəsi 60 km, yer platformalarından buraxıldıqda isə təxminən 12 km-dir.


SON XƏBƏRLƏR