• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İranda ötən sutka koronavirusdan 669 nəfər ölüb

DÜNYA

30 Avqust 2021 | 14:10 | Müəllif: Subhan Mahmudov

İranda ötən sutka koronavirusdan 669 nəfər ölüb

İranda ötən sutka ərzində 669 nəfər koronavirusdan (COVID-19) ölüb, 33 780 nəfər yoluxub.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 107 151 nəfərə, yoluxanların sayı isə 4 960 744 nəfərə çatıb. Virus daşıyıcılarından 7 886 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 4 175 405 nəfər koronavirusdan sağalıb, 28,7 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 26,9 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 18,5 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 8,38 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 306 rayon qırmızı, 110 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026