• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Beş aviareys bir tısbağaya görə gecikdi

DÜNYA

29 Sentyabr 2021 | 09:48

Beş aviareys bir tısbağaya görə gecikdi

Yaponiyanın ən işlək ikinci aeroportunda beş aviareys gecikib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Narita Beynəlxalq Hava Limanında təyyarələrin gecikməsinə uçuş-eniş zolağında olan tısbağa səbəb olub.

Hadisə ötən cümə günü baş verib. Belə ki, uçuşa hazırlaşan pilot zolaqda tısbağanı görüb və dərhal qülləyə məlumat ötürüb. Hava limanının əməkdaşları iki kilo ağırlığındakı tısbağanın zərər görməməsi üçün onu uçuş-eniş zolağından götürüblər. 

Bundan sonra təhlükəsizlik səbəbiylə əlavə olaraq 4 km əraziyə yenidən baxış keçirilib. Nəticədə təyyarələr 15 dəqiqə gecikmə ilə havaya qalxıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR