• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Türkiyədə Cümhuriyyət bayramı qeyd olunur

DÜNYA

29 Oktyabr 2021 | 00:26

Türkiyədə Cümhuriyyət bayramı qeyd olunur

Bu gün Türkiyədə Cümhuriyyət bayramı qeyd olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu bayram 1923-cü ildə Türkiyə Böyük Millət Məclisinin (TBMM) qərarı ilə Osmanlı dövlətinin ləğv edilərək Türkiyə Cümhuriyyətinin elan olunması münasibəti ilə qeyd edilir.

Mustafa Kamal Paşanın rəhbərliyində TBMM-də elan edilən respublikanın ilk prezidenti də Mustafa Kamal (Atatürk) özü olur. 1924-cü ildən etibarən keçirilməyə başlayan bayram Türkiyənin bütün şəhərlərində, Şimali Kipr Türk Respublikasında (KKTC) və dünyanın bütün ölkələrindəki Türkiyə səfirliklərində qeyd edilir.

Ərazisi 783 562,4 km² olan Türkiyənin 3 faizi Avropa, 97 faizi Asiya qitəsindədir. Ölkə 7 coğrafi ərazi və 81 vilayətdən ibarətdir. Türkiyə əhalisinin sayı 1 151 115 nəfər artaraq 2019-cu il dekabr ayının 31-i vəziyyətinə 83 154 997 nəfərə çatıb. Paytaxtı Ankara şəhəridir. Parlament üsulu ilə idarə olunan ölkənin bayrağı qırmızı parça üstündə ağ rəngli aypara və beş guşəli ulduzdan ibarətdir. Türkiyənin rəsmi dili türk dilidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026