• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Çexiya Prezidenti xəstəxanadan evə buraxılıb

DÜNYA

27 Noyabr 2021 | 22:11 | Müəllif: Subhan Mahmudov

Çexiya Prezidenti xəstəxanadan evə buraxılıb

Çexiyanın koronavirus aşkarlandığı 77 yaşlı Prezidenti Miloş Zeman xəstəxanadan evə buraxılıb.

Bakıvaxtı.az "Report"a istinadən bildirir ki, Prezident ambulator müalicə kursu keçəcək.

Qeyd edək ki, noyabrın 25-də dövlət başçısının COVID-19 testi müsbət olub. Miloş Zeman həkimlərin tövsiyəsi ilə Praqadakı hərbi hospitala yerləşdirilmişdi.

O, oktyabrın 10-dan noyabrın 25-dək bu xəstəxanada müalicə kursu keçmişdi. Zeman bir neçə gün bundan əvvəl koronavirus əleyhinə üçüncü peyvəndi vurdurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026