• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

İranın Zəngəzur dəhlizi dərdi: Belə yanaşma nadanlıqdır

SİYASƏT

04 Dekabr 2023 | 16:38

İranın Zəngəzur dəhlizi dərdi: Belə yanaşma nadanlıqdır

"Hamı anlayır ki, “Zəngəzur dəhlizi” ideyasını həyata keçirmək mümkün deyil".

Bakıvaxtı.az xəbər verir ki, bunu  İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Araz dəhlizi” mövzusunda keçirilən ixtisaslaşdırılmış sessiyada deyib. Onun sözlərinə görə, Azərbaycan və İran arasında Araz dəhlizinin yaradılması ilə bağlı razılaşma əlverişli fürsətdir: "Qərb ölkələri İranı regiondan sıxışdırıb çıxarmağa çalışsalar da, müxtəlif səviyyələrdə görülən tədbirlər nəticəsində bu məsələ indi gündəmdən çıxıb".

İran səfiri həmçinin bildirib ki, regionda iqtisadi təşəbbüslərin həyata keçirilməsi ilə geniş konsensus imkanları yaranıb.

Politoloq Qabil Hüseynli Bakıvaxtı.az-a açıqlamasında deyib ki, İran Zəngəzur dəhlizi məsələsini gözdən salmağa, gündəmdən çıxartmağa çalışır. Onun sözlərinə görə, düzdür, İranla Azərbaycan arasında sövdələşmə var, amma razılaşma quru yoluna aiddir: “Arazın üzərindən körpü tikilir və avtomobil yolları üçün nəzərdə tutulur. Zəngilanın Ağbənd kəndində Arazın üzərindən avtomobilin yolunun çəkilməsindən söhbət gedir. Zəngəzur dəhlizi və dəmiryolu xətti gündəmdən çıxmayıb. Bunu ABŞ də, Avropa da dəstəkləyir. Hətta Rusiya da maraqlı olduğunu deyir”.

Müsahibimiz qeyd edib ki, Ermənistanın özü dəfələrlə Zəngəzur dəhlizi haqqında açıqlama verib ki, yolun açılmasına qarşı deyil, sadəcə öz şərtlərini irəli sürür. İrəvanın dərdi odur ki, dəhlizə nəzərət rusların yox, ermənilərin əlində olsun. Moskva isə buna qarşı çıxır.

Qabil Hüseynli:  İrəvanın dərdi odur ki, dəhlizə nəzərət rusların yox, ermənilərin əlində olsun. Moskva isə buna qarşı çıxır

Ekspert diqqətə çatdırıb ki, İranın atılıb-düşməyinin səbəbləri var: "İran da gördü ki, Zəngəzur dəhlizi Rusiya-Ermənistan arasında mübahisə predmetinə çevrilib və reallaşması ləngiyir. Tehran bundan istifadə edərək, Zəngəzur dəhlizi məsələsinin "qapandığını", guya dəmiryol xəttinin də onun ərazisindən keçəcəyini iddia edir. Necə olur ki, dəmiryolu İranın ərazisindən keçəndə "qırmızı xətt" olmur, ancaq Ermənistandan keçəndə "qırmızı xətt" sayılır? Belə yanaşma nadanlıqdır”.

İndiki Ermənistan ərazisindən keçəcək dəhlizin hələ gündəmdə olduğunu deyən Qabil Hüseynli mütləq baş tutacağına əmindir.

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Iyul 2024