• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olundu

SİYASƏT

24 Aprel 2024 | 20:16

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olundu

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştiraka dəvət olunub. Prezident İlham Əliyev tərəfindən İraq liderinə ünvanlanmış dəvət məktubunu Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov bu ölkənin Prezidentinə təqdim edib.

Səfirlikdən Bakıvaxtı.az-a bildiriblər ki, İraq Prezidenti dəvət məktubunu məmnuniyyətlə qəbul edib və COP-29 kimi qlobal xarakterli tədbirə dəvət aldığı üçün Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.

Görüş zamanı Azərbaycan ilə İraq arasındakı əlaqələrin gələcək perspektivləri barəsində geniş fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR

26 Iyul 2024