• Bakı 16° C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

İsmayıllıda 43 yaşlı kişi dəm qazından öldü

HADİSƏ

04 Dekabr 2022 | 16:25

İsmayıllıda 43 yaşlı kişi dəm qazından öldü

İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Bakıvaxtı.az-ın məlumatına görə, rayonun Quşencə kənd sakini, Bakı şəhərində yaşayan 1979-cu il təvəllüdül Mustafayev Asif Alxan oğlu bu gün İsmayıllının Qəzli kəndində özünə tikdiyi yeni evində kustar üsulla quraşdırılan odun sobasından çıxan dəm qazından zəhərlənərək ölüb. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. Bu gün mərhumun qardaşı evə gələrək onun meyitini aşkar edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib. 

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.(unikal)


SON XƏBƏRLƏR