• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İspaniya Almaniyanın rekordunu təkrarladı

İDMAN

10 Iyul 2024 | 09:46

İspaniya Almaniyanın rekordunu təkrarladı

Futbol üzrə İspaniya millisi Almaniya yığmasının rekordunu təkrarlayıb.

Bakıvaxtı.az xəbər verir ki, komanda buna Avropa çempionatının yarımfinalında Fransanı məğlub etməklə (2:1) nail olub.

"Matadorlar" turnirin yarımfinalında ən çox qələbə qazanan iki kollektivdən biridir. Onlar Bundestimlə birlikdə bunu beş dəfə bacarıblar.

Almaniya millisi iştirak etdiyi 8 yarımfinalın 3-də məğlubiyyətlə üzləşib. İspaniya yığması isə bu raundda yalnız bir dəfə yenilib.

Qeyd edək ki, İspaniya iyulun 14-də AVRO-2024-ün finalında Niderland - İngiltərə cütünün qalibi ilə üz-üzə gələcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026